Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:24

Annan Putinlə Suriyanı müzakirə edəcək


Bu gün Moskvada BMT-nin xüsusi nümayəndəsi Kofi Annanla Rusiya prezidenti Vladimir Putin arasında Suriya ilə bağlı danışıqlar keçiriləcək.

Annan Suriya prezidenti Bashar Assadə qarşı daha ağır tədbirlər görülməsi üçün Moskvadan dəstək almağa çalışır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla dünənki görüşündə isə Kofi Annan bu dəstəyi almağa nail olmayıb.

Suriyadakı beynəlxalq müşahidəçilər missiyasının mandatı iyulun 20-də sona çatır. BMT Təhlükəsizlik Şurası bununla bağlı yeni qətnamə qəbul etməlidir.

Bu arada Azad Suriya Ordusu Dəməşqdəki iki məhəlləni nəzarəti altına aldığını bildirib. Şahidlərin sözlərinə görə, 16 aylıq münaqişə dövründə paytaxtda indi olduğu kimi çoxlu sayda hərbçi görünməmişdi.

Müxalifətin tərəfinə keçmiş Suriyanın İraqdakı keçmiş səfiri Nabaf al-Fares BBC-yə bildirib ki, Bashar Assad kimyəvi silahlardan da istifadə edə bilər. O, Suriya hakimiyyətini “Əl-Qaidə” ilə əməkdaşlıqda da ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG