Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

Keçmiş polis zabiti jurnalistin qətlini planlamaqda ittiham olunur


Rusiya hüquq-mühafizə orqanları 2006-cı ildə jurnalist Anna Politkovskayanın qətlinə görə keçmiş polis zabitinə rəsmən ittiham irəli sürüblər.

Federal İstintaq Komitəsi iyulun 16-da bəyan edib ki, bir ilə yaxındır ki, həbsdə saxlanan Dmitry Pavlyuchenkonun jurnalistin qətlini planladığına əmindirlər.

Əvvəllər prokurorlar ancaq çeçen millətinə məxsus olan Rustam Makhmudov və Lom-Ali Gaitukayevi qətlin icrasına görə ittiham edirdilər. Sözügedən hər iki şəxs həbsdədir.

Ancaq istintaq qətlin sifarişçisinin hələ araşdırıldığını bildirirlər.

Hüquq-müdafiəçiləri isə Kremlin kəskin tənqidçisi olan jurnalistin qətlinə görə yüksək rütbəli məmurları ittiham edirlər.

***

Günün bütün mövzuları

XS
SM
MD
LG