Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Gürcüstan Rusiyanın Qafqazdakı fəaliyyətiylə bağlı bəyanat verir


Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiya separatçı regionlarını intensive şəkildə silahlandırmasından narahatdır. Gürcüstan Xarici İŞlər Nazirliyinin iyulun 16-da yaydığı bəyanatda belə deyilir.

Bəyanatda Rusiya Quru Qoşunları generalı Vladimir Chirkin hər iki regiona səfərinə və burada keçirilən hərbi təlimlərə diqqət çəkilir. Gürcüstan bu addımların ölkənin sülh və sabitliyinə təhlükə törətdiyini bildirir. Bəyanatda deyilir ki, Rusiya Qafqaza kriminal, mafiya sayağı idarəçilik və hərbi qüvvə yerləşdirməkdən başqa bir şey vəd edə bilməz.

General Chirkin isə Moskvada bildirib ki, Gürcüstan və Rusiya arasında 2008-ci ildəki kimi hərbi əməliyyatların təkrarlanması artıq mümkünsüzdür.
XS
SM
MD
LG