Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:44

İqtisadi artım gözləniləndən az olacaq


Foto: Arxiv
Foto: Arxiv
-
Son 3 ayda qlobal iqtisadiyyatda böhrandan sonrakı özünübərpa prosesi kifayət qədər sürətli olmayıb. Üstəlik, dünya iqtisadiyyatında yeni problemlər üzə çıxıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir ki, avrozona ətrafındakı gərginlik daha da dərinləşərək 2011-ci il səviyyəsinə yaxınlaşıb. İnkişaf etməkdə olan ölkələrin bir çoxunda iqtisadi artım gözləniləndən az olub.

BVF-nin Dünya iqtisadiyyatına dair Proqnozuna əsasən, 2012-ci ildə dünyada iqtisadi artım 3.5, 2013-cü ildə isə 3.9 faiz olacaq. Bu, aprel ayındakı proqnozlardan bir qədər aşağıdır:

«Avropa Birliyi ölkələri liderlərinin iyun ayında keçirilən sammitində elan edilmiş tədbirlər doğru istiqamətdə atılmış addımlardır. ABŞ-da «borc tavanının» qaldırılması isə mühüm əhəmiyyətə malikdir».

Hesabatda bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə - Mərkəzi və Şərqi Avropa ölkələri, Rusiya, Çin, Hindistan, Braziliya, Meksika, CAR və başqa ölkələrdə hökumətlər ticarətin azalması və kapital axınında yüksək gərginliyə hazır olmalıdırlar.

NEFT 2013-CÜ İLDƏ 95 DOLLARA OLACAQ

Hesabata görə, neftin qiyməti 2012-ci ildə 101.8 dollar, 2013-cü ildə isə 94.6 dollar proqnozlaşdırılır.
Ən yüksək artım Çində gözlənilir
Ən yüksək artım Çində gözlənilir

İnkişaf etmiş ölkələrin iqtisadiyyatında 2012-də 1.4, 2013-də isə 1.9 faiz artım proqnozlaşdırılır.

Avrozona ölkələrində 2012-ci ildə artım gözlənilmir. Əksinə, 0.3 faiz azalma proqnozlaşdırılır. Azalma isə əsasən İtaliya və İspaniyanın hesabına olacaq. 2013-cü ildə isə 0.7 faiz artım olacaq.

İnkişaf etməkdə olan ölkələrdə isə 2012-də 5.6, 2013-də isə 5.9 faiz artım proqnozlaşdırılır. Ən yüksək artım Çində gözlənilir - 2012-ci ildə 8, 2013-də 8.5 faiz.

Rusiyada 2012-ci ildə 4, 2013-cü ildə isə 3.9 faiz artım gözlənilir. Ümumiyyətlə, MDB ölkələrində 2012-2013-cü illərdə 4.1 faiz artım olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG