Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:26

Dünyada ən çox baxılan...


Milyon illər əvvəl yaşamış heyvanlardan bəhs edən “Buzlaq dövrü 4; Kontinental dreyf” mültfilmi təkcə Amerikada yox, bütün dünya prokatında liderliyə yüksəlib.

Ötən həftənin sonu ABŞ-da premyerası olan multfilm bilet satışından 46 milyon dollar yığıb. Bununla da Amerika prokatında həftəsonu premyera göstəricisinə görə birinciliyə yüksəlib.

Buna qədərki həftələrdə isə beynəlxalq prokatda multfilm 330 milyon dollardan çox pul toplayıb.

Güman ki, bu, “Buzlaq dövrü 3”ün uğurunu təkrar edə bilməyəcək.

Multfilmin 3-cü hissəsinin bilet satışından ABŞ-dan kənarda 690 milyon dollar, ümumilikdə isə 886 milyon dollar toplanmışdı.

Amerika istehsalı olan saatyarımlıq multfilmdə yeni animasiya texnologiyalarından istifadə edilib.

Multfilmin ilk seriyası 2002-ci ildə çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG