Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Bahar Muradova: «Bizə gələndə demokratiyanı bayraq edirlər»


Bahar Muradova
Bahar Muradova
-
«Bizə gələndə hər kəs əlində demokratiyanı bayraq edir və bütün problemləri bununla bağlamağa çalışırlar. Əlbəttə ki, bu, yolverilməzdir».

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində belə deyib.

O, «Dağlıq Qarabağ münaqişəsinin həllinin demokratiyanın inkişafından çox asılı olması barədə fikirlərə münasibətiniz necədir?» sualını belə cavablandırıb:

«Məsələnin bu şəkildə qoyuluşu istənilən halda qərəzlidir».

Bahar Muradovanın qənaətincə, Azərbaycanda bu arqumentin qabardılaraq ortaya qoyulması, Ermənistanın, erməni lobbisinin bu arqumentdən öz məqsədləri üçün istifadə etməsinə şərait yaradır:

«Bu məsələ bizdə daha çox şişirdiləndə, ermənilər də daha çox istifadə edə bilir. Ona görə də, məsələnin bu cür qoyuluşu düzgün deyil. Məsələyə yanaşsaq, Ermənistanda demokratiyanın vəziyyəti çox pisdir, insan hüquqları kobud surətdə pozulur. Eləcə də, digər aparıcı ölkələrdə də vətəndaşlara, miqrantlara, fərqli dinlərin daşıyıcılarına münasibətdə haqsızlıq var. Bu hallar Avropanın inkişaf etmiş ölkələrində daha çox baş verir. Heç kim digər Avropa dövlətlərində insan haqlarının pozulması ilə bağlı bu ölkələrlə əlaqələrin kəsilməsini tələb etmir. Amma bizə gələndə hər kəs əlində demokratiyanı bayraq edir və bütün problemləri bununla bağlamağa çalışırlar. Əlbəttə ki, bu, yolverilməzdir. Bizim dardüşüncəli, yalnız öz məqsədlərini göz önünə alan bir qrup uğursuzların fikirləri,
Qarabağda erməni hərbçiləri
Qarabağda erməni hərbçiləri
beynəlxalq qurumlara yalan məlumatlar ötürmələri, ölkəmizə təzyiq göstərməyə çağırış etmələri Azərbaycanın ziyanına işləyir».

«İNDİ ERMƏNİLƏRİN ÇIXIŞLARI GÜLÜŞ DOĞURUR»

Bahar Muradova onu da deyib ki, İlham Əliyevin siyasəti münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq müstəvidə daha çox dəstəklənməsi ilə müşahidə olunur:

«İndi ermənilərin çıxışları hamıda gülüş doğurur, çünki yalan danışdıqları məlumdur. Bütövlükdə isə ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün böyük imkanları var, amma bu imkanlardan istifadə etmir. İşğalçı Ermənistana təzyiqlər göstərilmədiyi üçün bu qurumun fəaliyyəti cəmiyyətimizdə narazılıq doğurur. Bu yaxınlarda bölgədə səfərdə olan ATƏT-in baş katibi də bəyan etdi ki, hər hansı tərəfə təzyiq etmək fikrimiz yoxdur. Necə ola bilər ki, beynəlxalq hüququn prinsiplərini pozan işğalçı tərəfə sən bunu etmisən demək istəməyəsən? Yəni bu kimi yanaşmalar Azərbaycan cəmiyyətində narahatlıq doğurur».

«CLİNTON'UN SƏFƏRİNDƏN SONRA»

Bahar Muradova daha sonra deyib ki, ABŞ Dövlət katibi Hillary Clinton'un regiona səfərindən sonra danışıqlar prosesində intensivləşmə
Hillary Clinton və İlham Əliyev
Hillary Clinton və İlham Əliyev
var:

«Hər kəs münaqişənin uzanmasının və atəşkəs rejiminin saxlanmasının artıq getdikcə mümkünsüz olduğu qənaətinə gəlir. Müharibənin yenidən alovlanmasını heç kəs istəmir. ATƏT rəsmiləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini prioritet kimi səsləndirirlər. Bir çoxları deyirlər ki, münaqişənin başlanmasına yol verməmək əsas məqsəd deyil, buna yol verilmirsə, böyük uğurdur. Amma biz bunu uğur saya bilmərik. Bu intensivləşməni sönməyə qoymamaq və onu artıq problemin həllinə yönəltməyə cəhd etmək lazımdır. Əlbəttə ki, bu, təkcə bizim cəhdlərimizdən asılı deyil, həm də həmsədrlərin münaqişənin nə dərəcədə sona qədər həll etmək istəyindən asılıdır».

Vitse-spiker həmsədrlərin «yarışmasından» da danışıb:

«Həmsədrlər arasında hansısa dövlət təşəbbüslərini artırırsa, digəri bundan qıcıqlanır və özü bu prosesdə fəal olmağa çalışır. Bu, bir növ yarışmanı xatırladır, amma təəssüf ki, münaqişənin həllinə təsir göstərməyən nəticəsiz bir yarışmadır. Mən istəməzdim ki, yaranmış intestivləşmə həmsədr dövlətlər arasında qısqanclıq yaratsın. Bu intensivləşmə nəticəyə hesablanmış proses olmalıdır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG