Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:08

Rusiya Assadin prezidentlikdən kənarlaşdırılmasının əleyhinədir


Rusiya Bashar Assadin Suriya prezidentliyindən kənarlaşdırılmasının əleyhinədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Lavrov deyib ki, dünya ictimaiyyətinin əsas işi Suriyadakı zorakılıqlara son qoyulmasını təmin etməkdir. “Rusiya Qərb, ərəb ölkələri və Türkiyədən fərqli olaraq Bashar Assadin prezidentlikdən kənarlaşdırılmasının əleyhinədir”.

Bu gün Moskvada Sergey Lavrovun BMT-nin xüsusi nümayəndəsi Kofi Annanla görüşü olacaq.
XS
SM
MD
LG