Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:34
Bloomberq xəbər verir ki, Azərbaycanda ilin birinci yarısında keçən illə müqayisədə neft ixracı 8,2 faiz azalıb. Neft istehsalı isə 7,1 fazi azalıb.

Azərbaycanda artıq neçənci aydır ki, neft istehsalı və ixracı azalmaqdadır. Buna səbəb nədir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunu belə izah edir

Sual: Azərbaycandan neft ixracı niyə azalır?

İlham Şaban: Bunun əsas səbəbi neft hasilatının azalmasıdır. Hasilat isə ona görə azalır ki, Azəri-Çıraq-Günəşli yataqlarında hasilat azalır.

Sual: Bəs hasilat niyə azalır?

İlham Şaban: Burda maraqlı məqamlar var. Azərbaycan 2010-cu ildə hasilatın pik dövrünü artıq keçib. O zaman ildə 50,8 milyon ton neft istehsalı olunurdu. O vaxtdan illik istehsal azala-azala gedir.

Ötən il Azərbaycan 45, 6 milyon ton neft istehsal edib. Bu ilin birinci yarısında 22,2 milyon ton neft istehsal olunub. Bu sürətlə ilin sonuna 44,4 milyon ton istehsal edə bilər.

Ancaq bu ilin ikinci yarısında BP Günəşli yatağındakı platformanı təmirə saxlayacaq ki, bu da neft istehsalında bir aylıq fasiləyə gətirəcək. Buna görə də bu il hasilat maksimum 44 milyon civarında ola bilər ki, bu da keçən ildəkindən 1,6 milyon ton azdır.

Sual: Bəs istehsal azala-azala nə qədər gedəcək?

İlham Şaban: Bu suala nə ARDNŞ dəqiq cavab verir, nə də BP. Onlar elan edirlər ki, bu , texniki azalmadır.

Düzdür, BP keçən il 4 platformasında texniki işlər görmüşdü. Hər platformada hasilat 2-3 həftəliyə dayanmışdı. Ancaq bir fakt da var ki, BP bu dövrdə 2 hasilat quyusu, 4 texniki quyu istifadəyə verib, bununla belə' enişi saxlaya bilməyib.
Buna isə səbəb odur ki, artıq əvvəlki “asan” , üzdə olan neft istehsalı arxada qalıb.

Sual: Bəs Azərbaycanın neft gəlirinin azalmasını qazdan gələn gəlirlər kompensasiya edə bilərmi?

İlham Şaban: Yox. Slants qazının istehsalının belə sürətli artımı, sıxılmış qazın nəqliyyat xərclərinin azalması ilə bağlı proqnoz verirlər ki, ABŞ özü 5 -6 ilə Avropaya qaz çıxaracaq.
Bununla qazın qiyməti hazırki 400 dollardan 300 dollara düşəcək. Bu proses təxminən 10 il davam edəcək. Buna görə Azərbaycanın qazdan xalis mənfəəti ən çoxu 8-9 milyard dollar ola bilər. Neftdən gələn gəlirlər isə 20 milyard dollardan artıq olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG