Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:22

Yağış taxıla ziyan vurub


«Media forum» saytı iyulun 14-də yağan leysan yağışın ölkənin kənd təsərrüfatına ziyan vurub-vurmadığını Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevdən soruşub.

Sabir Vəliyev bildirib ki, yağan yağışlar birillik bitkilərə, xüsusilə də taxıla ziyan vurub: «Bir çox dənli bitkiyə, eləcə də pambığa, meyvə bağlarına və tərəvəzə yağışın xeyri var, amma taxılı yatırdır, kombaynlar sahəyə girə bilmir. Bu da məhsuldarlığa müəyyən dərəcədə təsir edir, məhsul itkisinə səbəb olur. Gədəbəy, Qazax, Goranboy, Quba, Xaçmaz və bir neçə başqa rayonda taxıl sahələrinə ziyan dəyib».

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri yağışın ot örtüyünə müsbət təsir etdiyini, yem bitkilərinin sürətli artımına şərait yaratdığını qeyd edib: «Eyni zamanda çaylarda suyun səviyyəsi artır. Hələ ki, Kür və Araz çaylarında sululuğun artması kənd təsərrüfatına zərər verməyəcək həddədir».
XS
SM
MD
LG