Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:43

Fransanın millətçi partiyası Madonnanı məhkəməyə verir


Madonna və Marine Le Pen

Madonna və Marine Le Pen

Fransanın ifrat sağçı Milli Cəbhə Partiyası tanınmış pop ulduz Madonnanı məhkəməyə verir.

Partiyanın açıqlamasında bildirilir ki, müğənni iyulun 14-ü Parisdə konserti zamanı partiya lideri Marine Le Peni təhqir edib. Bu da şəxsiyyətin təhqir olunmasıdır.

Herald Sun qəzetinin yazdığına görə, konsert zamanı Madonnanın «Nobody Knows Me» klipi arxa fonda nümayiş olunub. Klipdə ani olaraq Marine Le Pen alnında faşizmin simvolu ilə görünüb, onun ardınca isə nasist lideri Adolf Hitleri xatırladan təsvir göstərilib.

Madonna bu klipindən iyun ayından başlayan dünya turnesində istifadə edir. Hələ onda Marine Le Pen buna etiraz etmişdi. Demişdi ki, əgər Madonna Fransadakı konsertlərdə də bu kliplərdən istifadə etsə, onu məhkəməyə verəcək.

53 yaşlı Madonna kliplərində ifrat təmayüllərə qarşı siyasi mesajlar verməkdən çəkinmir.

Madonnanın Fransada növbəti konserti avqustun 21-də Nitsa şəhərində olacaq.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG