Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

«7GUN.AZ» hədələndiyini deyir


«7GUN.az xəbər portalına təhdid, böhtan və şantaj xarakterli məktublar gəlir».

Portal rəhbərliyinin iyulun 16-da yaydığı bəyanatda belə deyilir. Bəyanat müəllifləri bunu saytın «fəaliyyəti, birmənalı olaraq bəzi məmurların qanunsuz əməllərini işıqlandırmaları» ilə izah edirlər.

«Bizi müxtəlif yollarla hədələyib tutduğumuz düzgün mövqedən çəkindirmək istəyirlər. Baş verənlərlə bağlı portal rəhbərliyi zəruri hüquqi addımlar atmaq qərarına gəlib».

Bəyanatda onları hədələyənlərin kimliyi haqda məlumat verilmir. Yalnız o deyilir ki, «hər hansı bir vəzifəli şəxs barədə tənqidi yazı dərc olunubsa, o, ilk növbədə yol verdiyi qanunsuzluğu aradan qaldırmalı, fəaliyyətinə nəzər salmalıdır. Öz səlahiyyətlərindən sui-istifadə edib özbaşınalıq və qanunsuzluqlarla məşğul olmamalıdır».

Portal rəhbərliyi təhdid məktublarının araşdırılması və ölçü götürülməsi üçün ölkə başçısına müraciət etmək qərarına gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG