Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:56

Dəməşqdə silahlı toqquşmalar olub


Bu gün Suriyanın paytaxtı Dəməşqdə silahlı toqquşmalar olub. Şahidlərin sözlərinə görə, paytaxtın ayrı-ayrı məhəllələrində atışma səsləri eşidilir. Qarşıdurmalar daha çox şəhərin cənub hissəsindədir. İtkilər haqqında məlumat yoxdur.

Ordu Dəməşq aeroportuna aparan yolları bağlayıb.

Bu gün BMT-nin xüsusi nümayəndəsi Kofi Annan Moskvaya ikigünlük səfərə gəlir. O, Rusiya rəhbərliyi ilə Suriyadakı gərgin vəziyyətdən çıxış yollarını müzakirə edəcək.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirir ki, Suriyada baş verən silahlı qarşıdurmalar artıq daxili müharibə mərhələsinə keçib.
XS
SM
MD
LG