Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Gürcüstanda müxalifətin reytinqi qalxır


Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan Arzusu müxalifət koalisiyasının nümayişi

Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan Arzusu müxalifət koalisiyasının nümayişi

Gürcüstanda hakim partiya öndə olsa da, müxalifət partiyası getdikcə daha çox irəliləyir.

Milli Demokratiya İnstitutunun (MDİ) dəstəyi ilə Gürcüstanda keçirilən rəy sorğusunun nəticələri iyulun 16-da açıqlanıb.

8 FAİZ ARTIM, 11 FAİZ DÜŞMƏ

Rəyi soruşulanların 36 faizi deyib ki, sabah parlament seçkisi keçirilsəydi, hakim Vahid Milli Hərəkata səs verərdilər. 18 faizi isə Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan Arzusu müxalifət koalisiyasına səs verəcəyini deyib.

Ötən fevralda keçirilmiş eyni sorğunun nəticələrinə görə, müxalifətin reytinqi 8 faiz artıb, hakim partiya isə 11 faiz itirib.

Sorğunu iyunda Qafqaz Resurs və Tədqiqat Mərkəzi keçirib.

5%-İ AŞA BİLMƏYƏNLƏR

Başqa heç bir partiya parlamentə düşmək üçün 5%-lik baryeri aşa bilməyib. Sorğuda ölkə üzrə 6.229 seçici iştirak edib, 2%-lik xəta da nəzərə alınıb.

Ötən həftə seçki kampaniyasına başlamış Xristian Demokratik Hərəkatı (XDH) isə 3% toplaya bilib.

MDİ-nin fevralda keçirdiyi sorğuya görə, hakim partiya 47%, İvanişvilinin koalisiyası 10%, XDH isə 3% toplaya bilmişdi.

Sorğuya görə, 22% hələ qərar verməyib, (fevralda da həmin rəqəm idi), 16% cavab vermək istəməyib, (fevralda bu rəqəm 10% idi), 4% deyib ki, partiyaların heç birinə səs verməyəcəklər.

Bu sorğu Gürcüstanda son kabinet dəyişmələrindən bir neçə həftə əvvəl keçirilib və ona görə də siyasi reytinqə təsir edib-etmədiyi aydın deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG