Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:57

Fransanın millətçi partiyası Madonnanı məhkəməyə verir


Fransanın ifrat sağçı Milli Cəbhə Partiyası məşhur pop ulduzu Madonnanı məhkəməyə verir.

Partiyanın açıqlamasında bildirilir ki, Madonna iyulun 14-də Parisdəki konsertində partiya lideri Marine Le Peni təhqir edib. Bu da şəxsiyyətin təhqir olunmasıdır.

İyulun 14-də Parisdəki konsertində Madonna “Nobody Knows Me” adlı mahnının klipində Marine Le Pen alnında faşizmin simvolu və Hitlersayağı bığda təsvir olunub.

Madonna bu klipindən iyun ayından başlayan dünya turnesi konsertlərində istifadə edir. Hələ onda Marine Le Pen buna etiraz etmişdi. Demişdi ki, əgər Madonna Fransadakı konsertlərdə də bu kliplərdən istifadə etsə, onu məhkəməyə verəcək.

53 yaşlı Madonna kliplərində ifrat təmayüllərə qarşı siyasi mesajlar verməkdən çəkinmir.

Madonnanın Fransada növbəti konserti avqustun 21-də Nitsa şəhərində olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG