Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

İlham Əliyev Hacıqabulda su kəmərinin təməlqoymasında iştirak edib


İyulun 16-da prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib. Xəbəri AzərTac yayıb.

Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcək.

Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə ümumilikdə, 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaq.
XS
SM
MD
LG