Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Polşalı nazirin Azərbaycana səfərinin proqramı açıqlanıb


Polşanın xarici işlər naziri Radoslav Sikorsky’nin Azərbaycana səfərinin proqramı məlum olub.

Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, iyulun 17-18-də gerçəkləşəcək səfər zamanı Polşa xarici siyasət idarəsinin rəhbəri prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Görüşlər zamanı Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.

O, həmçinin Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, İçərişəhərlə tanış olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG