Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:35

Azərbaycanda leysan yağacağı, dolu düşəcəyi gözlənir


Arxiv foto
Arxiv foto
-

Azərbaycanın bölgələrində və paytaxt Bakıda yağmurlu hava həftənin ilk günlərində də davam edəcək. Hətta bəzi bölgələrdə leysan və dolu gözlənir. Dağ çaylarından isə qısamüddətli daşqın və sel keçməsi proqnozlaşdırılır.

Hidrometroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev AzadlıqRadiosuna belə deyib: «Bu günlərdə havanın temperaturu aran rayonlarında gündüz 25-30, dağlarda 15-20 dərəcə isti olacaq».

Asif Verdiyevin sözlərinə görə, qeyri-sabit hava şəraiti iyulun 17-dək davam edəcək.
İyulun 17-18-də bölgələrdə gündüz yağış yağmasa da, bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam hava yağmurlu keçəcək. Həmin günlərdə temperatur aran rayonlarında gündüz 28-33, dağlıq rayonlarda 18-23 dərəcə isti olacaq.

BAKIDA…

İyulun 15-də - bazar günü Bakıda səhər saatlarından başlayan yağmurlu hava sabah da davam edəcək:

«İyulun 16-da gecə və səhər yağış yağacaq. Gündüz saatlarından isə şimal-qərb küləyi mülayimləşəcək. Havanın temperaturu 25-30 dərəcə olacaq».

Asif Verdiyevin sözlərinə görə, növbəti 2 günə - iyulun 17-18-nə əsasən yağmursuz hava prozqnozlaşdırılır. Mülayim külək əsəcək. Temperatur isə getdikcə artacaq - 25-32 dərəcə isti gözlənir.

Bu gün bazar günüsə güclü yağış Bakıda problemlərə yol açıb. Bəzi yerlərdə yağış suları yığılıb. Əsasən də Şərifzadə küçəsində, Azadlıq və Nobel prospektlərində.

Trend İnformasiya Agentliyinin məlumatına görə, «Azərsu» ASC artıq yaranmış problemləri aradan qaldırmağa başlayıb. Qurumun mətbuat xidmətindən deyiblər:
«Ciddi problemlər yoxdur, bizim şirkətin işçiləri yollarda yaranmış vəziyyətə nəzarət edir. Suyun yolların qıraqlarında yığılma səbəbi həmin ərazilərin kanalizasiya borularına tökülən suyun həcminin qəbul edilə biləcək miqdardan artıq olmasıdır».

Şirkətdən deyiblər ki, Bakıda xüsusi texnika işə cəlb olunub, yaxın zamanda yığılan su özü axıb yox olacaq.
XS
SM
MD
LG