Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15
Suriya hakimiyyəti Tremsi kəndində dinc sakinlərə qarşı ağır silahlardan istifadə edilmədiyini deyir.

Hüquq müdafiəçiləri kəndin atəşə tutulması nəticəsində 200-dən çox adamın öldürüldüyünü deyirlər.

Suriya xarici işlər nazirliyinin nümayəndəsi Jihad Makdissi bazar günü jurnalistlərə bildirib ki, ölənlər hökumət və silahlı müxalifət qüvvələri arasında baş verən toqquşmanın qurbanı olublar.

O qeyd edib ki, burda müxalifəıt fəallarının dediyi kimi dinc sakinlərin kütləvi qırğınından söhbət getmir.

Makdissinin sözlərinə görə Tremsi kəndində cəmi 39 adam ölüb.

BMT-nin Suriyadakı müşahidəçiləri bu gün yenidən Tremsi kəndinə baş çəkmək istəyirlər.
Onlar dünən kənddə olsalar da ölü sayını dəqiqləşdirə bilməyiblər.

Amma müşahidəçilər kəndin artileriya atəşinə tutulması və əsas hədəfin müxalifətçilərin evləri olduğunu təsdiqləyiblər.

Beynəlxalq aləm Trmsidə baş verənləri kəskin ittiham edib.

Qərb ölkələri BMT-nin təhlükəsizlik şurasından Suriya rejiminə qarşı kəskin sanksiyalar tətbiq edilməsini tələb edir.

Rusiya buna qarşı çıxır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG