Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:15

Kürdəmirdə avtomobil qəzası: 16 nəfər xəsarət alıb


Arxiv foto
Arxiv foto
Azərbaycanın Kürdəmir rayonunda 16 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Həsənov İlqar Həsənəli oğlunun idarə etdiyi “Mercedes Sprinter” markalı 10-NM-475 dövlət nömrə nişanlı sərnişn mikroavtobusu qarşıdan gələn, Bakı şəhəri, Xətai rayon sakini, 1964-cü il təvəllüdlü Əhmədov Əli İmaməli oğlunun idarə etdiyi “Jeep Nissan” markalı 90-LC-724 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub.
Nəticədə 16 nəfər xəsarət alıb. Xəsarət alanlar müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Daha sonra onlardan 9 nəfər üçü ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Bakı sakini, 1987-ci il təvəllüdlü Səlimov Xəyyam, Saatl rayonu Əlisoltanlı kənd sakini, 1988-ci il təvəllüdlü Nuruşov Elgün Ağabəy oğlu və Bakı sakini 1966-cı il təvəllüdlü Əhmədova Səkinə Əlləz qızı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, digər 6 nəfər- Suraxanı sakini, 1987-ci il təvəllüdlü Musayev Seymur Kərim oğlu, Bakı sakini 1988-ci il təvəllüdlü Orucov Marif Akif oğlu, Balaxanı sakini 1988-ci il təvəllüdlü Quliyev Alim Əliqulu oğlu, Bakı sakini 1984-cü il təvəllüdlü Nəbiyev Vasif Saleh oğlu, Bakı sakini 1993-cu il təvəllüdlü Əhmədova Türkanə Əli qızı və Şəki sakini 1989-cu il təvəllüdlü Salahov Orxan Elxan oğlu Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
21 yaşlı Məhərrəm Şahverdiyev, 25 yaşlı Elvin Mirzəyev, 26 yaşlı Hacı Cəfərov, 21 yaşlı Fərqanə Əhmədova, 11 yaşlı Ayşən Əhmədova, 48 yaşlı Əli Əhmədov, 11 yaşlı İmaməli Əhmədov isə Kürdəmir rayon xəstəxanasından Bakıya göndəriliblər.
“Mercedes” markalı mikroavtobusun sərnişinləri toy mərasiminə gedirmişlər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG