Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:02

Əfqanıstanda təhsil nazirinə hücum edilib


Əfqanıstanın Baqlan əyalətində ölkənin təhsli naziri Obaidullah Obaida hücum edilib.

Nazirin müşaiyət edən maşınlardan biri yolda minaya düşüb.

Nəticədə 2 polis yaralanıb.

Bundan bir gün əvvəl Samangan əyalətində toyda törədilmiş partlayışda bir neçə yüksək səlahiyyətli məmur da daxil olmaqla 23 adam ölüb.

Şərhçilər son vaxtlar Əfqanıstanın ən sakit yerlərindən olan şimal bölgəsində hücumların artdığını deyirlər.
XS
SM
MD
LG