Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Suriyadakı müşahidəçilər 150-dən çox adamın öldürüldüyü Treymisi kəndində olublar


BMT-nin Suriyadakı müşahidəçiləri şənbə günü kütləvi qırğın törədilmiş Treymisi kəndinə baş çəkiblər.

Hüquq müdafiəçilərinin sözlərinə görə, cümə axşamı kəndin atəşə tutulması nəticəsində 200-ə yaxın adam ölüb.

Sakinlər müşahidəçilərə boş tank mərmiləri və dağılmış binaları göstəriblər.

Onlar Rusiyanı Suriya rejimini silah və sursatla təmin etməkdə günahlandırıblar.

ABŞ Dövlət katibi Hillari Clinton bildirib ki, indi beynəlxalq aləmin əlində Bashar Assad rejiminin xalqı qəsdən qırbası barədə dübutlar var.

Hüquq müdafiəçiləri həmçinin şənbə günü hökumət qoşunlarının vertolyot və ağır texnikaların köməyi ilə Dera əyalətindəki şəhərlərdən birinə hücuma keçdiyini xəbər verirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG