Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:49

Səudiyyə Ərəbistanında şiələr etiraz edir


Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri cümə günü əl Katif şəhəri yaxınlığında polislərə hücum etmiş 4 nəfərdən 1-ni öldürüblər.

Motosikiletlərdə olan 4 maskalı adam dünən polis məntəqəsinə yandırıcı bombalar ataraq aradan çıxıblar.

Ölkənin şərqində yaşayan şiələr bir neçə aydır ki, hakim sünni sülaləsinə qarşı etiraz aksiyaları keçirirlər.

Ötən bazar ertəsi tanınmış dini xadimin həbsinə etiraz olaraq keçirilmiş aksiya zamanı 2 nəfər öldürülüb.

Hakimiyyət onları qiyamçı adlandırır və xaricdən maliyyələşdirildiklərini deyir.
XS
SM
MD
LG