Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:12

Rusiyalı müxalifətçi ölkəyə dönməyəcəyini deyir


Rusiyada müxalifətdə olan “Həmrəylik” hərəkatının xaricdə olan fəalı Anastasiya
Rınaçenko ölkəyə dönməyəcəyini bildirib.

O AzadlıqRadiosuna müsahibəsində deyib ki, mayın 6-da “Milyonların yürüşü” çərçivəsində
Bolotnaya meydanında baş vermiş qarşıdurmaya görə, ona qarşı ittiham irəli sürülə bilər.

BU günlərdə onun Moskvadakı qohumlarının evində axtarış aparılıb.

Bundan əvvəl digər müxalifətçi Aleksandr Dolmatov da eyni səbəbdən Niderlanddan siyasi sığınacaq istəyib.

Mayın 6-da Moskvada keçirilən icazəli mitinqdə polislə baş verən toqquşma zamanı yüzlərlə adam saxlanmış, onlarla adam xəsarət almışdı.

Bu məsələylə bağlı 14 adamın işi hazırda məhkəmədədir.
XS
SM
MD
LG