Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:01

Fransa Bastiliya qalasının alınmasını qeyd edir


Şənbə günü Fransada Bastiliya qalasının alınması qeyd olunur.

Bu münasibətlə paytaxt Parisdə 5 min hərbçi, hava qüvvələri və zirehli texnikaların iştirakı ilə hərbi parad keçirilib.

Fransa prezidenti Francois Hollande paraddan sonra yerli televiziyaya ənənəvi müsahibədə iqtisadi problemlərə də toxunub.

Prezident Pejo-Sitroen konserninin 8 min iş yerini ixtisar etmək istəməsini yolverilməz adlandırıb, müəssisənin rəhbərliyi ilə yenidən danışıqlar aparacağını deyib.

Prezident deyib ki, hökumət Fransa maşınlarına təlabatı artırmaq üçün xüsusi proqram qəbul edəcək.

Axşam prezident sarayı ictimaiyyət üçün açıq olacaq.

1789-cu il oyulun 14-də Bastiliya qalasının alınması Böyük Fransa inqilabının başlanğıcı oldu.
XS
SM
MD
LG