Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Karzai toyda törədilmiş terror aktını ittiham edib


Əfqanıstan prezidenti Hamid Karzai şənbə günü Samangan əyalətində törədilmiş terror aktını ittiham edib.

Toyda törədilmiş partlayışda azı 23 nəfər ölüb, 60-a yaxın adaim isə yaralanıb.
İntiharçı özünü milliyətcə özbək olan yerli komandir və deputat Ahmad Khan Samanganinin qızının toyunda partladıb.

Ahmad Khan və bir neçə rəsmi şəxs də ölənlərin arasındadır.

Hadisə Samanqan əyalətinin paytaxtı Aybak şəhərində baş verib.

Məsələdə əli olmadığını deyən Taliban bildirib ki, bu şəxsi düşmənçilik ola bilər.

Amma yerli polis rəisi Mohammad Khalil Andarabi hesab edir ki, bunun arxasında əl Qaidə ilə əlbir olan yaraqlılar durur.

Prezident Hamid Karzai istintaq aparmaq üçün xüsusi komissiya yaradılmasını göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG