Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:57

Liviyada silahlı qruplar 5 minədək adamı həbsdə saxlayır


Liviyada silahlı qruplar hələ də 5 minə yaxın adamı həbsdə saxlayırlar.

Bu barədə Human Rights Watch təşkilatının bəyanatında bildirilir.

Təşkilatın yerli ofisinin diretktoru deyir ki, ölkədəki müvəqqəti hökumət məhbusların məhkəməyə verilməsi ilə bağlı vədinə hələ də əməl etməyib və bundan başqa dövlət həbsxanalarında 4 minədək mıhbus var.

Təşkilat qeyd edir ki, mayın 2-də qəbul edilmiş qanuna görə, Daxili işlər və Müdafiə nazirlikləri keçmiş dikdator Muammar Qaddafinin bütün tərəfdarlarını iyulun 12-dək məhkəməyə verməlidir.

Onların əksəriyyəti təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları, məmurlar, və Afrikadan olan muzdlulardır.

Təşkilatın yaydığı bəyanatda deyilir ki, hərbi qrupların əlində olan məhbuslara işgəncə verilir və bəzən ölüm halları da baş verir.
XS
SM
MD
LG