Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:00

Əfqanıstanda törədilmiş partlayışda azı 20 adam ölüb


Əfqanıstanın şimalında toyda törədilmiş partlayışda azı 20 nəfər ölüb, 60-a yaxın adaim isə yaralanıb.

İntiharçı özünü yerli komandir və deputat Ahmad Khan Samanganinin qızının toyunda partladıb.

Ahmad Khan və bir neçə rəsmi şəxs də ölənlərin arasındadır.

Hadisə Samanqan əyalətinin paytaxtı Aybak şəhərində baş verib.

Polisin məlumatına görə intiharçı toyun keçirildiyi zala girərək kəmərinə bərkidilmiş partlayıcını işə salıb.

Məsələdə əli olmadığını deyən Taliban bildirib ki, bu şəxsi düşmənçilik ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG