Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:34

Son 3 ayda 106 adamı ilan sancıb


Bu ilin aprelindən etibarən Azərbaycanda ilan sancması ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 106 müraciət daxil olub.

Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Hazırda xəstəxanada 3 xəstə var. Onlardan ikisinin vəziyyəti ağır, birininki isə orta-ağırdır.

A.Maqsudov bu il ilan sancmasından yalnız bir nəfərin öldüyünü deyir. Bu, 18 yaşlı Şəki sakinidir.

A.Maqsudov ilan sancmalarından qorunmaq üçün əhaliyə müraciət də edib:

«Kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatlı olmaq, mümkünsə rezin çəkmə və əlcəklərdən istifadə etmək lazımdır. Təbiət qoynunda istirahət edənlər də ayıq-sayıq olmalıdır. İlan yuvaları əsasən sakit yerlərdə olur. Ağacların altına, kolların aralarına diqqətlə baxmaq, meşə və çəmənliklərdə ehtiyatlı olmaq lazımdır. İlan sancması baş verən zaman vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG