Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:08
-
SUMQAYITDA QEYRİ-ADİ AKSİYA: «VİCDANIMI SATIRAM»

«Azadlıq» qəzeti yazır ki, «Gələcək» İctimai Birliyi Sumqayıtda «Vicdanımı satıram» adlı aksiya keçirib. Aksiyanın keçirilməsində əsas ideya isə sosial ədalətsizliyin ictimailəşdirilməsi olub.

Birliyin prezidenti Atilla Cavid deyib ki, insanlar həm şəxsi, həm də vəzifə səlahiyyətlərindən istifadə edərək bir-birilə ədalətsiz davranır, şəxsi maraqlarını ümumi maraqlardan üstün tutur. Bu isə demokratik cəmiyyətin formalaşmasında təməl prinsiplərdən biri, «ədalətlilik» prinsipini pozur:

«Liberal gənclər olaraq biz bunun əleyhinəyik və demokratikləşmə uğrunda öz töhfəsini vermək arzusundayıq. Adıçəkilən problemə etirazımızı bu formada etməklə sosial təbəqəsindən asılı olmadan insanları ədalətli olmağa, şəxsi azadlıqlara və ən əsası demokratiyanın təməl prinsiplərinə hörmət və əməl edilməsinə çağırırıq».

«DÖVLƏT BAŞÇISI MÜXALİFƏT HAQQINDA CƏMİYYƏTİN ÜMUMİ FİKRİNİ İFADƏ EDİB»
Bahar Muradova

Bahar Muradova


«Yeni Azərbaycan» qəzeti bunu Milli Məclisin sədr müavini Bahar Muradovaya istinadən yazır. Bahar Muradova bildirib ki, radikal müxalifət haqqında belə rəyin formalaşmasına kifayət qədər əsaslar var. Onun fikrincə, müxalifət rəhbərləri bu adları özlərinin Azərbaycanın maraqlarına zidd fəaliyyətləri ilə qazanıblar:

«Bu onların adlarının əvvəlinə yazılmış təyindir, epitetdir».

İyulun 11-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev müxalifəti satqınlarda, xəyanətkarlıqda ittiham edib.

BİNƏQƏDİ SAKİNLƏRİNİ HİDDƏTLƏNDİRƏN MÜƏMMA

«Bizim yol» qəzeti sakinlərə istinadən yazır ki, camaat qazpulu ödəsə də, qazları kəsilir: Qaz

Qaz


«Sakinlər «Azəriqaz» İstismar Birliyinin Binəqədi rayon Qaz İstismar Sahəsindən şikayətçidirlər. Onlar bildirirlər ki, istifadə etdikləri qaza görə ödənişlər etsələr də, borcları silinmir. Bu da onlarda qəzəb yaradır».

Binəqədi rayon Qaz İstismar İstismar Sahəsindən qəzetə bildiriblər ki, günah istifadəçilərdədir:

«Sakinlər «pay-point» aparatından istifadə etməyi bacarmırlar. Ödəniş kartının nömrəsini yığırlar, pulu aparata atıb gedirlər. Çoxunun etdikləri ödənişə görə əllərində heç qəbzi də yoxdur. Qəbz aparatdan çıxmamış çıxıb gedirlər. Bu isə aparatda texniki problemlər yaradır».

Günün bütün mövzuları

XS
SM
MD
LG