Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

Bakının ən böyük prospektlərindən biri təmirə bağlanıb


-
İyulun 14-dən Bakının ən böyük prospektlərindən biri təmirə bağlanır.

Bu barədə APA-ya Bakı Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

«Dalğa Plaza»nın qarşısından «Azneft» dairəsi ilə Azadlıq meydanınadək dənizkənarı bulvar boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə start verilib. Bununla əlaqədar iyulun 14-dən qeyri-müəyyən vaxtadək Neftçilər prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Sürücülərdən alternativ yollardan - Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi;

Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti və Zərifə Əliyeva küçəsindən Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçəsi;

Rəsul Rza küçəsindən keçməklə Xaqani küçəsi;

Bülbül prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsindən istifadə etmələri xahiş olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG