Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:52

Vasif Talıbov Avstriyada «Mağara pendiri» müəssisəsinə baxıb


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 87 (20.492) 11 may 2012


ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ BİR DƏRS SAATI

Dünən muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil, ali və orta ixtisas təhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə «Heydər Əliyev və Azərbaycan» mövzusunda bir dərs saatı keçirilmişdir. Elektron lövhələr vasitəsilə keçirilən dərslərdə müəllimlər ulu öndərin həyat və fəaliyyəti, siyasi – nəzəri irsi barədə şagird, tələbə və kursantlara ətraflı məlumat vermişlər.

Qeyd olunmuşdur ki, səksən doqquz il bundan əvvəl, 1923-cü ilin may ayının 10-da, bir yaz günüdə dünyaya göz açan ulu öndərimiz Heydər Əliyev möhtəşəm fəaliyyəti ilə, sözün əsl mənasında, Azərbaycanı əbədi bahara qovuşdurmuşdur. Onun həyatının hər günü, hər anı nəsillərə nümunədir... Ümummilli liderimiz minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız bir qərinəsinə rəhbərlik etmişdir. Ancaq bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyinə qovuşmuşdur.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ AVSTRİYANIN ŞTİRİYA FEDERAL ƏYALƏTİNDƏ İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR

...Sonra nümayəndə heyəti Almenland Təbiət Parkındakı pendir istehsalı ilə məşğul olan «Ştollenkeze» – «Mağara pendiri» müəssisəsinə baxmışdır. Məlumat verilmişdir ki, qədim ənənələri yaşadan müəssisə istifadəsi dayandırılmış gümüş şaxtasında yeddi növdə pendir istehsal edir. Pendir istehsal olunan şaxtada daim yüksək təbii şərait, ilin bütün fəsillərində dəyişməz qalan temperatur və təbii rütubətin hökm sürməsi məhsulların keyfiyyətlə hazırlanmasına müsbət təsir göstərir. Məhsulun yüksək keyfiyyətinə görə «Ştollenkeze» məhsulları dəfələrlə beynəlxalq müsabiqələrdə ali mükafatlara layiq görülmüşdür.

..Sonra Ştiriya parlamentinin deputatı, Qazen qəsəbəsinin meri Ervin Qruber Almenland regionunda həyata keçirilən iqtisadi və sosial layihələr barədə Ali Məclisin Sədrinə məlumat vermiş, Naxçıvan nümayəndə heyətinin Almenland regionuna səfərini mühüm hadisə kimi dəyərləndirmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Müstəqil Azərbaycanın memarı və qurucusu
- «Nuh yurdu» intellektual müsabiqəsi
- Hərbi orkestrin çıxışı maraqla qarşılanmışdır
XS
SM
MD
LG