Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:18

Kofi Annan son hadisədən «şoka düşüb»


Suriya üzrə beynəlxalq vasitəçi Kofi Annan deyib ki, o, 200 adamın ölümünə gətirmiş döyüşlərdə tanklardan və helikopterlərdən istifadə olunması xəbərlərindən “şoka düşüb və dəhşətə gəlib”.

Annan deyib ki, o, “bu vəhşiliyi ən kəskin ifadələrlə ittiham edir”.

Hama regionunda cümə axşamı baş verən yeni qırğın barədə həm hökumətin, həm də müxalifətin məlumatı var, ancaq onar bunun səbəbləri haqda tamam fərqli fikirdədirlər.

Müxalifət bildirir ki, hökumət qoşunları tankların və helikopterlərin vasitəsilə Hama regionundakı Treimsa kəndinə hücum edib.
Yaraqlılar və dinc sakinlər arasında ölənlər var.

Dövlət mediası isə bu qanlı hadisədə terrorçu dəstələri günahlandırır və müxalifətpərəst medianı belə hadisələrlə manipulyasiyada ittiham edir.

Kofi Annan (solda) və general mayor Robert Mood (sağda)
Kofi Annan (solda) və general mayor Robert Mood (sağda)

BMT-nin müşahidə missiyasının rəhbəri general-mayor Robert Mood döyüşdə ağır texnikadan və helikopterlərdən istifadə olunduğunu təsdiqləyir.

Mood deyib ki, hadisəni araşdırmaq üçün onlar missiya göndərə bilərlər, əgər atəşkəs bərqərar olsa və müşahidəçilərin təhlükəsizliyi təmin olunsa.

“Biz Hama regionunda cümə axşamı davamlı döyüş olmağını təsdiqləyə bilərik. Mexaniki texnikadan və helikopterlərdən istifadə olunurdu.
Biz gedib, yerində faktları araşdırmağa hazırıq”.

BMT-nin Təhlükəsizlik Şurasının Suriya üzrə yeni qətnaməsi isə düyünə düşüb.
Rusiya Qərb ölkələrinin təklif etdiyi qətnamə layihəsini rədd edir. Bu qətnamə Suriya hökumətinə ultimatumu nəzərdə tutur. Hökumət sülh planını ya qəbul etməli ya da sankisyalarla üzləşməlidir.

Qərb ölkələri isə Rusiyanın təklifi ilə razılaşmırlar. Rusiya təklif edir ki, BMT-nin müşahidə missiyasının vaxtı uzadılsın.

BMT-nin Suriyadakı müşahidə missiyasının vaxtı iyulun 20-də başa çatır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG