Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:18

9011 şagird attestat, 23170 şagird şəhadətnamə ala bilməyib


-
Azərbaycanda bu il keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən, 9011 şagird attestat, 23170 şagird isə şəhadətnamə ala bilməyib.

Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Tam orta təhsil bazasında (11 illik) keçirilən buraxılış imtahanlarında iştirak edən 82136 şagirddən 73125 nəfəri (89 faiz) attestat alıb.

Ümumi orta təhsil bazasında (9 illik) keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən isə, imtahanda iştirak edən 116069 şagirddən 92899 nəfəri (80 faiz) şəhadətnamə ala bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG