Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:47

Sel qubanlarından ikisi polis tərəfindən saxlanıb


İyulun 13-də Kür daşqınları zamanı ziyan çəkmiş Saatlı rayonu Novruzlu kənd sakinləri Mirabad və oğlu Mirsaleh Rzayevlər rayon icra hakimiyyətinin qəbulunda polis tərəfindən saxlanılıblar, cinayət işi açılıb.

Rayondan AzadlıqRadiosuna verilən məlumata görə, İcra Hakimiyyətinin qəbulunda icra başçısı və rayon polis şöbəsinin rəisi ilə Rzayevlər arasında insident baş verib. Evlərinin indiyədək tikilməməsinə etiraz edən Mirabad Rzayev və oğlu təzyiqə məruz qalıblar. Polis onları saxlayıb.

Saatlı rayon polis şöbəsindən AzadlıqRadiosuna faktı təsdiqləsələr də bildiriblər ki, Rzayevlər hazırda rayon prokurorluğundadır. İşə prokurorluq baxır.

Saatlı rayon prokurorunun böyük köməkçisi Əlimirzə Əliyev isə AzadlıqRadiouna bildirib ki, Mirabad Rzayev barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG