Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Kofi Annan son hadisədən "şoka düşdüyünü" bildirir


BMT-nin xüsusi nümayəndəsi Kofi Annan bildirib ki, Hama regionunda 200 adamın ölümünə səbəb olan döyüşlərdə tanklardan və helikopterlərdən istifadə olunması haqda xəbərlər onu şoka salıb.

Annan deyib ki, bu qırğını ən kəskin şəkildə ittiham edir.

Suriya hökuməti və müxalifəti Hama qırğını barədə müxtəlif fikirdədir.
Müxalifət bildirir ki, hökumət tanklar və helikopterlərlə Treimsa kəndini atəşə tutub.
Hökumət mediası isə terrorçu dəstələri günahlandırır.
XS
SM
MD
LG