Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:47
-
İyulun 11-də İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbər işçilərini dövlət vəsaitini mənimsənmə ittihamı ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi saxlayıb.

İmişli rayonundan AzadlıqRadiosuna bildiriblər ki, prokurorluq əməkdaşları və polis mərkəzə gələrək bütün işçilərdən izahat alıb.

Axtarış zamanı 3888 ədəd ünvanlı sosial yardım kartlarının aşkar edildiyi bildirilir. İddialara əsasən, bu kartların təqribən 2000-i direktorun evindən çıxıb.

Məlumatda o da bildirilir ki, bu məsələ ilə əlaqədar rayon icra nümayəndəliklərinin əməkdaşlarının da istintaqa cəlb edilməsi gözlənilir. Axtarış zamanı bəzi vətəndaşlara ünvanlı sosial yardım verilməsi üçün saxta sənədlərin də tapıldığı deyilir.

İmişli rayon prokurorluğunun müstəntiqi Elşad Əzimov AzadlıqRadiosuna faktı təsdiqləyib:

«Bəli, adamlar saxlanıb. Evlərindən də kartlar aşkar edilib. Amma kartların sayı 3888 ədəddən az olar».

Rayondan verilən məlumatda isə bildirilir ki, saxlananlar deputatlar və yerli hüquq mühafizə orqanları rəhbərlərinin yaxın qohumlarıdır.

BAŞ PROKURORLUĞUN MƏLUMATI: ÖLÜLƏRİN ADINA BANKOMATDAN PUL ÇIXARIBLAR

Bankomat

Bankomat

Baş Prokurorluq İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin korrupsiya əməllərini ifşa etməsi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Mərkəzin əməkdaşları sosial yardım alan şəxslərin bank kartlarını özlərində saxlayaraq, onlara düşən aylıq ödənişləri bankomatdan çıxarmaqla mənimsəyiblər.

«Bir sıra hallarda isə vəfat etmiş, yaxud ümumiyyətlə mövcud olmayan şəxslərin adlarına açılmış 3000-dən çox bank kartından istifadə olunub».

Məlumata əsasən, Mərkəzin inzibati binasında, həmçinin mərkəzin əməkdaşlarının yaşadıqları evlərdə axtarış zamanı rayon sakinlərinə məxsus, sosial yardım alınması üçün istifadə olunan 817 ədəd bank kartı aşkar edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israfetmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Nazim Xəlilov, mərkəzin baş mühasibi Fuad Qarayev, mərkəzin əməkdaşı Nizami Xammədov və rayon sakini Ramil Əliyev həbs ediliblər.

İttihamlar təsdiqlənərsə, onları əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək azadlıq məhrumetmə cəzası gözləyir.

Hələlik təqsirləndirilən şəxslərin mövqeyi ictimaiyyətə bəlli deyil.

Şərhləri göstər

XS
SM
MD
LG