Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Duma QHT-lər və böhtan barədə iki ziddiyyətli qanunu qəbul etdi


Rusiya Duması QHT-lər və defamasiya ilə bağlı iki ziddiyətıi qanunu qəbul edib.

Lehinə 374, əleyhinə 3 səslə qəbul olunmuş bu qanunların birincisində xaricdən maliyyə yardımı alan QHT-lərin tənzimlənməsi və hesabatı qaydalarını sərtləşdirir. Belə QHT-lərdən tələb olunur ki, “xarici agent” kimi qeydə alınsınlar.

Digər qanun təhqiri və böhtanı cinayət hesab edir və buna görə sərt cərimələri nəzərdə tutur.

Hər iki qanun parlamentin yuxarı palatasında təsdiqdən və prezident Putin imzalayandan sonra qüvvəyə minməlidir.
XS
SM
MD
LG