Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:14

“Yahoo!”nun yarım milyon istifadəçisinin hesabı sındırılıb


Hakerlər “Yahoo!” şəbəkəsinə məxsus 480 000 ad, şifrə və istifadəçi hesablarına ələ keçirib, ayrıca fayl kimi internetdə yerləşdiriblər. Oğurlanmış” şifrələr “Yahoo Voice” xidmətinə məxsusdur.

“Ümid edirik ki, bu altdomenin təhlükəsizliyinə məsul tərəflər bunu təhdid kimi deyil, həyəcan siqnalı kimi qəbul edəcəklər”, deyə hakerlər səhifədə belə qeyd edib.

“Biz “Yahoo!”-nun veb serverlərinin təhlükəsizlik sistemində xeyli boşluqlar tapdıq. Sonrakı hücumlardan yayınmaq üçün biz altdomeni və boşluğa malik sistemin digər parametrlərini açıq yerləşdirməmişik. Bu məsələni ciddi qəbul edin”.

Veb səhifə iyulun 12-si səhər saatlarında “hack” edildiyi üçün bir müddət fəaliyyət göstərməyib.
Yahoo bu hadisəni təsdiqləyib. Şirkət bununla bağlı verdiyi bəyanatda istifadəçilərindən üzr istəyib və onlara çağırış edib ki, parollarını dəyişsinlər.

Əvvəlki hücumlara istinadən texniki bloq CNET ən çox istifadə olunan parolu tapmaq üçün siyahı təqdim edib. Onların bir çoxunu qırmaq asandır. Sındırılan 480 000 paroldan, məsələn, “12345” kimi ardıcıl saylar 2295 dəfə, “password” kəlməsi isə 780 dəfə istifadə edilib.
XS
SM
MD
LG