Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:13

İran hökuməti XİN-nin müavinini Azərbaycana göndərir


İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçı Azərbaycana gələcək.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərdə məqsəd ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə etməkdir. Səfərin dəqiq tarixi hələlik bəlli deyil və hazırda razılaşdırılır.

Azərbaycanda səfərdə olan İranın təhsil naziri Həmidrza Hacıbabayi bu ölkədə həbs olunan azərbaycanlı şairlərlə bağlı suala cavabında bildirib ki, yaxın vaxtlarda İran xarici işlər nazirinin müavini Bakıya gələcək və səfər zamanı bütün məsələlər müzakirə olunacaq.
XS
SM
MD
LG