Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:28

Rusiya iki mübahisəli qanun qəbul edə bilər


Rusiya parlamentinin aşağı palatasında iki mübahisəli qanun layihəsinin qəbul edilməsi gözlənilir. Onlardan biri “böhtan”ı cinayət kimi yenidən aktuallaşdırır, ikincisi isə qeyri-hökumət təşkilatlarına yeni məhdudiyyətlər tətbiqini nəzərdə tutur.

Hər iki layihənin Dövlət Dumasında iyulun 13-də ikinci və üçüncü oxunuşda qəbul ediləcəyi gözlənilir.

Böhtanın cinayət sayılmasını nəzərdə tutan qanun layihəsində cəza olaraq təqsirli bilinənlərin 5 il müddətinə qədər azadlıqdan məhrum edilir.

QHT-lərlə bağlı layihə isə xaricdən maliyyə əldə edən qrupların tənzimlənməsi və hesabat verməsilə bağlı tələblərini artırır və onların “xarici agentlər” kimi qeydiyyata alınmasını tələb edir.

Bu həftənin əvvəlində Duma informasiya haqqında bir qanun qəbul edib. Bu da mübahisələrə səbəb olub. Tənqidçilər deyirlər ki, bu qanun hakimiyyətə internet üzərində senzura qoymağa imkan yaradır.
XS
SM
MD
LG