Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

Ali məktəblərə ixtisas seçimi 9 gün ərzində aparılacaq [Video]


Özəl universitetlərdə jurnalistikaya qəbul dayandırılıb
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00
Direct-ə keçid
2012-2013-cü tədris ili üçün ali məktəblərə sənəd verən abituriyentlər avqustun 7-dən 16-dək ali məktəblərə ixtisas seçəcəklər.

İxtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılacaq.

Bunu iyulun 13-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bildirib:

«Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən (hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamaq şərtilə) az olmayan abituriyentlər iştirak edə bilərlər. III ixtisas qrupunda ixtisas seçiminə isə ümumi balı 300-dən (hər bir fənn üzrə topladığı nisbi balı 10-dan az olmamaq şərtilə) az olmayan abituriyentlər buraxılacaq».

Namiq Babayev bildirib ki, abituriyentlər ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid 15-dək ixtisas kodunu qeyd edə biləcəklər. Onun sözlərinə görə, gələn həftə «Abituriyent» jurnalının 3-cü sayı nəşr olunacaq. Jurnalda 2012-2013-cü tədris ili üçün ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan, Ali məktəblərə Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisasların siyahısı və sair materiallar əksini tapacaq.

Sabah – iyulun 14-də Azərbaycanın ali məktəblərinə birinci qəbul imtahanı keçiriləcək. İlk olaraq imtahanı 3-cü ixtisas qrupunu seçən abituriyentlər verəcək. Növbəti imtahan I ixtisas qrupu üzrə iyulun 20-də, IV ixtisas qrupu üzrə iyulun 27-də, II ixtisas qrupu üzrə isə avqustun 3-də keçiriləcək.
XS
SM
MD
LG