Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:34

Gəncə əhalisinin sayı 323 min nəfərə çatır


Bu barədə Gəncə Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəncədə 48,5 faizi kişi, 51,5 faizi qadın olmaqla 322 min 127 nəfər əhali yaşayır.

Ötən ilin müvafiq dövründə şəhər əhalisi 321 min 285 olduğu halda, keçən müddət ərzində bu rəqəm 842 nəfər artıb. Məlumata görə, bu il şəhərdə təbii artım 1095 olub.

Gəncədə bu ilin altı ayı ərzində 2034 uşaq dünyaya göz açıb ki, ötən ilin müvafiq dövründə bu rəqəm 2151 olub. Ölənlərin sayı isə bu il artıb. 2011-in altı ayı ərazində 917 nəfər dünyasını dəyişmişdisə də cari ildə bu rəqəm 939-ə çatıb.

Statistik hesablamalara görə, Gəncədə yeni baş plana əsasən hər nəfərə 527 kvadratmetr torpaq sahəsi düşür. Gəncə şəhərinin sahəsi hazırda 17 min hektar (170 000 000 kvadratmetr) təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG