Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:43

Təlim zamanı bir əsgərin həlak olduğu, birinin yaralandığı bildirilir


Azərbaycan əsgəri

Azərbaycan əsgəri

Azərbaycan Ordusunda daha bir silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində qeydə alınıb.

Bildirilir ki, təlim atəşi zamanı əsgər Nağıyev Sahil İlqar oğlunun təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində Əkbər Nəsirov həlak olub, digər əsgər Surət Məmmədov isə yüngül yaralanıb. Yaralı hospitala yerləşdirilib.

Hadisə zamanı vəfat edən Ə. Nəsirov Neftçala rayonundan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG