Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:13

Peugeot 8 min işçini ixtisar edir


Fransız avtomobil istehsalçısı Peugeot-Citroen şirkəti Fransada 8 min iş yerini ixtisara salacağı və Parisin şimalında böyük bir fabrikini bağlayacağını bəyan edib. Xəbəri Reuters Agentliyi yayıb.

Paris yaxınlığında 3000-dən çox işçisi olan və azlitrajlı Citroen C3 istehsal edən Aulnay-sous-Bois zavodunda istehsal 2014-cü ildə dayandırılacaq.

İxtisarlar və son plan barədə şirkət rəhbərliyi öz işçi nümayəndələri ilə iyulun 12-də keçirdiyi görüş zamanı danışıb. Bu açıqlamanın ardınca Aulnay zavodunun işçiləri həmin yerdə etiraz tətilinə başlayıblar.

Şirkət bu il Avropanın cənubunda böhran nəticəsində satışın aşağı düşməsinə görə şirkətinin gəlirləri 700 milyon avro azalıb

Bu ilin ilk rübündə Avropada Peugeot-Citroen satışı 20 faiz düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG