Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:34

Azərbaycanın qoxusunu «Facebook»dan alanlar [Video]


Azərbaycanın qoxusunu «Facebook»dan alanlar
Gözlə

No media source currently available

0:00 0:54:39 0:00
Direct-ə keçid

İsveçdə yaşayan Rahim Sadıqbəyli və ABŞ-dan qayıtmış Şəhla Əliquluyeva virtual aləmin reallıqlarından danışırlar

-
Əcnəbi ölkədə yaşayıb vətəndə «olmaq» mümkündürmü?

Virtual dünya qərib olmağa qoyurmu?

Əcnəbi ölkədə yaşayıb vətəndə «olmaq» mümkündürmü?

İsveçdə yaşayan Rahim Sadıqbəyli və ABŞ-dan qayıtmış Şəhla Əliquluyeva virtual aləmin reallıqlarından danışırlar. Türkiyədən Könül Şamilqızı, Almaniyadan Həbib Müntəzir, Gürcüstandan Samirə Həsənli telefonla efirə qoşulurlar.

Rahim Sadıqbəyli:

- Dünya o qədər kiçilib ki, indi Azərbaycanda olub-olmamağın fərqi yoxdur. Məsələn, İsveçdə olanda ölkədə gedən proseslərdən daha çox xəbərdar idim. İndi 10 gündür burdayam, heç nədən xəbərim yoxdur. Çünki sosial şəbəkələrə vaxt ayıra bilmirəm.

Şəhla Əliquliyeva:

- Bir müddətdir gəlmişəm Azərbaycana. Amma deyim ki, ölkədən kənarda olanda, burdan ötrü darıxmışam, yalan olar. Virtual imkanlar o qədərdir ki, adam darıxa bilmir.

Könül Şamilqızı:

- Mənim üçün virtual dünya vətəndən daha çox informasiya almaq, prosesləri izləmək, dostlarla əlaqəni kəsməmək və vətəndə unudulmamaq üçün çox vacibdir. Amma virtual dünya qəribçiliyə son qoymur.

Həbib Müntəzir:

- «Facebook» mənə imkan yaradır ki, uzaqda olsam da, öz vətəndaş mövqeyimi ortaya qoyuram. Fikrimcə, xaricdə, ya vətəndə olmağından asılı olmayaraq, hər kəs öz mövqeyini ortaya qoymalıdır. Amma xaricdə yaşayan azərbaycanlılar hansısa siyasi çağırışlar etməkdə ehtiyatlı olmalıdırlar. Biz bunun acı təcrübəsini gördük.

Verilişi burdan dinlə


XS
SM
MD
LG