Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:12
Azərbaycanın əsas qızıl hasilatçısı «Anglo Asian Mining Plc.» şirkəti 2012-ci ilin ilk yarısında «Gədəbəy» yatağından 21 641 unsiya və ya 649,23 kq qızıl hasil edib.

“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə şirkətin açıqladığı hesabatda bildirilir.
İlk yarımildə qızılın 9 925 unsiyası birinci rübün, 11 716 unsiyası isə 2-ci rübdə hasil edilib.

Hasil edilən qızılın 9 883 unsiyası orta hesabla 1 609 dollar/unsiya qiymətinə satılıb.
İlin ilk yarısında yataqdan 12 174 unsiya gümüş hasil edilib ki, bunun da 7 670 unsiyası
1-ci rübdə, 4504 unsiyası 2-ci rübdə çıxarılıb.

Bu ilin ikinci rübündə yataqdan 238,058 ton qızıl filizi hasil edilib ki, onun zənginliyi 3,24 qram/ton təşkil edib.

Şirkətin məlumatına görə, proqnoza əsasən bu ilin sonunadək yataqdan 54 min unsiya (və ya 1620 kq) qızıl, 26 min unsiya (780 kq) gümüş , 720 ton isə mis hasil ediləcək.

Şirkətin hesabatına əsasən “Gədəbəy” yatağının ümumi ehtiyatları 20 312 879 ton həcmindədir ki, bu da 744 min unsiya qızıl, 59 479 ton mis və 6 mln. 175,5 min unsiya gümüş deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG