Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:42

Fransada qar uçqununda azı 9 alpinist ölüb


Fransada, Alp dağında baş vermiş qar uçqunu nəticəsində azı 9 alpinist ölüb.

Onların hamısı Avropa vətəndaşlarıdır.

Daha 4 nəfərin isə axtarışı gedir.

Onlardan 2-si Britaniya, 2-si isə İslandiya vətəndaşlarıdır.

Bundan başqa 15 alpinist müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə 4 min metrdən hündür olan Mon-Modi dağında baş verib.
XS
SM
MD
LG