Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04

RATİ İran hakimiyyətini azərbaycanlı şairləri azad etməyə çağırır


Foto arxiv

Foto arxiv

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) İran hakimiyyətini bu ölkədə həbs edilmiş gənc azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadəni azad etməyə çağırır.

Təşkilat hesab edir ki, şairlər günahsızdır və onlar son vaxtlar İran və Azərbaycan arasında pisləşən diplomatik münasibətlərin qurbanı olublar.

Məlumatda Azərbaycanda İranla əməkdaşlıqda ittiham olunan bir sıra şəxslərin: İran televiziyasının müxbiri Anar Bayramlı, islamazeri.az saytının redaktoru Ramil Bayramov və azadxeber.org saytının redaktoru Nicat Əliyevin həbs edildiyi xatırladılır.

Həmçinin “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov İranın xeyrinə casusluq ittihamı ilə həbs edildiyi bildirilir.

RATİ-nin bəyanatında qeyd edilib ki, ikitərəfli münasibətlərin pisləşməsi Azərbaycan və
İranda qarşılıqlı “casus ovuna” səbəb olub.

Təşkilat hər iki dövlətin hərəkətini ifadə azadlığının pozulması kimi qiymətləndirir və həbs edilmiş bütün jurnalistlər və şairləri azad etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG