Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Ən məşhur rok-n-rol qrupu 50 yaşını qeyd edir


Musiqi tarixinin ən uzunömürlü və uğurlu qruplarından olan “Rolling Stones” 50 yaşını qeyd edir.

1962-ci ildə Londonda yaradılan rock-and-roll qrupuna Brian Jones (gitara), Ian Stewart (piano), Mick Jagger (əsas vokalçı), Keith Richards (gitara, vocalçı) və başqaları daxil idi.

İndiyəcən qrupun albomlarının dünyada 200 milyon nüsxəsi satılıb.

1986-cı ildə qrupa nailiyyətlərinə görə “Grammy Lifetime Achievement Award” mükafatı verilib.

Dünyanın ən məşhur rok-n-rol qrupu “silah”ı yerə qoymaq fikrində deyil. Qrupun 2012-2013-cü illərdə dünya turnesinə çıxacağı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG