Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:24

Rəsmi Bakı azərbaycanlı və erməni icmaları arasında görüşləri dəstəkləyir


Elman Abdullayev
Elman Abdullayev
“Azərbaycan tərəfi həmişə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə tərəfdar olub”.

APA-nın məlumatına görə bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri
Elman Abdullayev Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesinə qoşulması ilə bağlı
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun dediklərinə münasibət bildirərkən deyib.

Elman Abdullayev bildirib ki, Azərbaycan etimad mühitinin yaranması üçün erməni və azərbaycanlı icmaları arasında əlaqə yaradılması ilə bağlı müxtəlif səviyyələrdə irəli sürülən təşəbbüsləri dəstəkləyir.
XS
SM
MD
LG